satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiq edilib - FƏRMAN

Azərbaycanla Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiq edilib<font color='red'> - FƏRMAN</font>

Azərbaycanla Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiq edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” təsdiq edilir.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM