satellite   Azerspace-1: 11135 H 30000

Kəngərlidə tibbi aksiya keçirilib - FOTOLAR

Kəngərlidə tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Kəngərlidə tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Kəngərli rayonunda  tibbi aksiya təşkil edib. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, xəstəxananın 15 nəfərdən ibarət həkim heyəti pasiyentləri Kəngərli Rayon Mərkəzi Xəstəxanasında qəbul edib.

Müraciət edən pasiyentlərin hər birini tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ambulator müayinələr zamanı rayon sakinləri ümumi cərrahi, stomatoloji, nevropatoloji, hemotoloji, uroloji, endokrinoloji, oftalmoloji, terapevtik, laborator və digər tibbi müayinələrdən keçiblər.

Aksiya çərçivəsində ümumilikdə 63 nəfər 315 tibbi prosedura cəlb edilib. Səhhətində problem aşkar edilən 2 nəfərə muxtar respublika xəstəxanasında müayinə üçün göndəriş verilib.

Aksiya ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar təşkil edilib. 

Sevda Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM