satellite   Azerspace-1: 11135 H 30000

Culfa rayonunun Yaycı kəndində humanitar tibbi aksiya keçirilib - FOTOLAR

Culfa rayonunun Yaycı kəndində humanitar tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Culfa rayonunun Yaycı kəndində humanitar tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font>

“Heydər Əliyev İli” tədbirləri çərçivəsində Naxçıvan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Yaycı kəndində humanitar tibbi aksiya keçirib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə nazirliyin mətbuat xidmətindən bildirilib.

Qrafikə uyğun olaraq keçirilən aksiya çərçivəsində xəstəxananın on nəfərdən ibarət həkim briqadası tərəfindən kənd əhalisinə tibbi xidmət göstərilib. Tibbi profilaktik müayinədən keçirilmiş 83 kənd sakininin 65-də konyunktivit,  blefarit,  OD-katarakta,  quru göz sindromu, otit, öd daşı və müxtəlif xəstəliklər aşkar edilib.

Xəstəliyi aşkarlanan sakinlər aidiyyəti xəstəxanalara yönləndirilib. İxtisaslı həkimlər tərəfindən kənd sakinləri ilə tibbi maarifləndirici söhbətlər də aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM