satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Qarabağ ermənilərinin əksəriyyəti regionu könüllü tərk edib

Rusiya XİN: Qarabağ ermənilərinin əksəriyyəti regionu könüllü tərk edib

Qarabağ ermənilərinin əksəriyyəti regionu könüllü tərk edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiya XİN-in başçısının müavini Mixail Qaluzin bildirib. O deyib: “...Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, onların ağır, lakin könüllü seçimi idi”.

RF xarici işlər nazirinin müavini əlavə edib ki, Rusiya Azərbaycanda konsulluq fəaliyyətinin genişləndirilməsi məsələsi üzərində işləyir. Diplomat vurğulayıb: “Diplomatların MDB dövlətlərində fəaliyyətinin spesifikası hər şeydən əvvəl ondan ibarətdir ki, həmin dost ölkələri bizimlə çoxəsrlik ortaq tarix, bir-birinin ənənələrinin dərindən başa düşülməsi, ümumi mədəniyyət və rus dilinə münasibət birləşdirir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM