satellite   Azerspace-1: 11135 H 30000

BMTM Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri barədə təhlil hazırlayıb

BMTM Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri barədə təhlil hazırlayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən sənədləri-Konstitusiyası, Müstəqillik haqqında Bəyannamə və digər administrativ aktları barədə müfəssəl təhlil hazırlayıb.

Mərkəzdən Naxçıvan televiziyası-a verilən məlumata görə, təhlildə Ermənistanın Azərbaycan suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət edilməsi ilə bağlı mövqeyinin qeyri-müəyyən xarakter daşıması, eləcə də bu yanaşmanın 2020-ci ildən sonra regional sülh və təhlükəsizlik üçün yaranan imkanlara təhdid törətdiyi vurğulanıb.

Araşdırmada qeyd edilib ki, hazırkı administrasiya tərəfindən 2021-ci ildə qəbul edilmiş hökumət proqramı daxil olmaqla, Ermənistanın konstitusion sənədləri Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Bu iddialar ya Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, ya da müxtəlif vasitələrlə bu bölgənin ayrılmasına dəstək bəyanatları formasında ifadə edilir.

Təhlildə həmçinin Ermənistanın konstitusion sənədlərindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının iki ölkə arasındakı sülh prosesinə əhəmiyyətli töhfə verəcəyi diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM