satellite   Azerspace-1: 11135 H 30000

Baş nazir: Bu il 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır

Baş nazir: Bu il 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır

2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında "Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatı"nı təqdim edərkən deyib.

Onun sözlərinə görə, genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.

Baş nazir bildirib ki, ümumiyyətlə martın 1-dək 123 mindən artıq hektar təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM