Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

Azərbaycanın Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev bu ölkənin yeni seçilmiş Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, səfir K.Xasiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qordana Silyanovska-Davkovaya ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə təqdim edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində gündəlikdə duran məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM