satellite   Azerspace-1: 11135 H 30000

Muxtar Babayev: COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək

Muxtar Babayev: COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək

COP29 sədrlik fəaliyyətini il ərzində davam edəcək və Braziliyanın COP30-a sədrlik fəaliyyətinə dəstək verəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən COP29-un yekun plenar sessiyasında bildirib.

"Biz hamını yeni milli səviyyədə müəyyən edilmiş töhfələrini fevrala qədər təqdim etməyi tövsiyə edəcəyik. Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio konvensiyaları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik," - o bildirib.

M.Babayev həmçinin COP29 konfransına qatılan bütün iştirakçılara Azərbaycana iqlim məsələsində göstərilən etimada görə təşəkkürünü bildirib.

"Bu imkanları bizə verdiyiniz üçün minnətdaram. Gəlin, birlikdə irəliləyək və yaşıl dünya naminə həmrəyliyimizi nümayiş etdirək," - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM