satellite   Azerspace-1: 11135 H 30000

Narışkin: Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan normallaşma prosesini aparmağa üstünlük verir

Narışkin: Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan normallaşma prosesini aparmağa üstünlük verir

Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərin normallaşması üzərində işi üçüncü tərəflərin iştirakı olmadan aparmağa üstünlük verirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində bildirib.

"Azərbaycan və Ermənistan sülh nizamlanması üzrə ABŞ və Aİ-nin tövsiyələrinə o qədər də qulaq asmırlar. Bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər", - S.Narışkin qeyd edib.

Qeyd edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşmasında vasitəçilərə ehtiyac duymur və bu proses birbaşa ikitərəfli danışıqlar çərçivəsində səmərəlidir. Buna misal olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə razılaşmalar, həmçinin sərhədin demarkasiyası prosesinə başlanılması göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM