satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Vyetnam ilə bərpa olunan enerji sahəsinə dair sənəd imzalayıb - FOTOLAR

Azərbaycan Vyetnam ilə bərpa olunan enerji sahəsinə dair sənəd imzalayıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Vyetnam ilə bərpa olunan enerji sahəsinə dair sənəd imzalayıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Vyetnam ilə bərpa olunan enerji sahəsinə dair sənəd imzalayıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Vyetnam ilə bərpa olunan enerji sahəsinə dair sənəd imzalayıb<font color=red> - FOTOLAR</font>

Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

NTV  xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Sənəd, Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və biznes forumu çərçivəsində imzalanıb.

Bildirilib ki, Hanoyda Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long, AZPROMO, KOBIA , Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) və hər iki ölkənin biznes dairələrinin iştirakı ilə Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və biznes forumu keçirilib.

"Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət etdik. Beş əməkdaşlıq sənədi, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb", - nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM