satellite   Azerspace-1: 11135 H 30000

İran səfiri Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib

İran səfiri Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib

Hazırkı şəraitdə İran İslam Respublikasının atdığı addımlar beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququna əsaslanır və qanunidir. Qarşı tərəf hücum və təcavüzlərini davam etdirdiyi halda İran İslam Respublikasının heç bir cavab verməməsi və addım atmaması təbii ki, düzgün yanaşma olmazdı.

NTV xəbər verir ki, bu sözləri İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu İranın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında söyləyib.

Səfir Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib: "Azərbaycan bu çətin dövrdə həm rəsmi, həm də qeyri-rəsmi başsağlığı mesajları ilə həmrəylik nümayiş etdirib və öz dəstəyini ifadə edib. Bu, ortaq mədəniyyətimizin və münasibətlərimizin bir göstəricisidir və buna görə təşəkkürümüzü bildiririk.

Mediada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verdiyini görmüsünüz.

Həmçinin xarici işlər nazirləri arasında da telefon danışığı olub. Ceyhun Bayramov və Seyid Abbas Əraqçı son proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Həmin telefon danışığında Azərbaycanın rəsmi mövqeyi ifadə edilib və qeyd olunub ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol verməyəcək.

Biz hər zaman buna inanmışıq. Azərbaycanın ən yüksək səviyyəli rəsmiləri də bu mövqeni açıq şəkildə bəyan ediblər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM