satellite   Azerspace-1: 11135 H 30000

Müctəba Dəmirçilu: İranın endirdiyi zərbələr regionun dost və qonşu ölkələrinə qarşı yönəlməyib

Müctəba Dəmirçilu: İranın endirdiyi zərbələr regionun dost və qonşu ölkələrinə qarşı yönəlməyib

İran özünün legitim müdafiə hüququndan istifadə edərək hərbi təcavüzün ilk saatlarından etibarən müvafiq addımlar atıb.

NTV xəbər verir ki, bu sözləri İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu İranın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında söyləyib.

O deyib ki, İran özünümüdafiə məqsədilə düşmənlərinin regiondakı hərbi bazalarına endirdiyi zərbələr regionun dost və qonşu ölkələrinə qarşı yönəlməyib. “Bu, yalnız təcavüzkar ölkələrin İrana qarşı atdığı addımlara cavabdır”, - deyə səfir əlavə edib.

Səfir bildirib ki, baş verən hadisələrlə paralel olaraq, İran beynəlxalq səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində hüquqi addımlar atmağa hazırdır və bütün mövcud mexanizmlərdən istifadə edəcək. Hadisə baş verən kimi İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

“İranın xarici işlər naziri Seyid Abbas Əraqçi BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub ünvanlayıb, hərbi təcavüzün pislənməsi və dayandırılması üçün zəruri addımların atılmasını tələb edib.

İranın dinc məqsədli nüvə obyektlərinə edilən hücum beynəlxalq hüququn pozulmasıdır. Bu səbəbdən Beynəlxalq Atom Enerjisi Agentliyinə etiraz bildirilib və İdarə Heyətinin iclasının keçirilməsi tələb olunub.

Hazırda beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlarla bu məsələlərlə bağlı iş aparılır ki, təcavüz dayandırılsın və proseslərin daha da gərginləşməsinin qarşısı alınsın”, - deyə M. Dəmirçilu əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM