satellite   Azerspace-1: 11135 H 30000

Rövşən Nəcəf: Bizim üçün növbəti mərhələ məlumat mərkəzləri və süni intellekt sahəsinə daxil olmaqdır

Rövşən Nəcəf: Bizim üçün növbəti mərhələ məlumat mərkəzləri və süni intellekt sahəsinə daxil olmaqdır

Bu gün SOCAR neft, təbii qaz və elektrik enerjisi istehsalını özündə birləşdirən inteqrə olunmuş enerji şirkətidir.

NTV  xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.

“Biz fəaliyyətə neft şirkəti kimi başladıq. Daha sonra neft-qaz şirkətinə çevrildik. Sonrakı mərhələdə isə bərpaolunan enerji mənbələrini portfelimizə əlavə etməklə enerji şirkətinə transformasiya olduq. Ardınca kombinə edilmiş dövriyyəli qaz elektrik stansiyalarını da fəaliyyət istiqamətlərimizə daxil etdik. Fikrimcə, bizim üçün və ümumilikdə enerji sektorundakı bir çox şirkətlər üçün növbəti mərhələ süni intellekt və məlumat mərkəzləri sahəsinə daxil olmaqdır. Bu, sektorun inkişafının təbii nəticəsidir. Uzunmüddətli perspektivdə rəqabət qabiliyyətimizi qorumaq üçün biz də məlumat mərkəzlərinə və süni intellekt infrastrukturuna investisiya yatırırıq. Əslində, bu, yalnız neft şirkətindən enerji şirkətinə deyil, enerji şirkətindən daha geniş texnologiya və enerji ekosisteminə malik bir quruma çevrilmək prosesidir. Bu transformasiya SOCAR-ın insan kapitalının strukturuna da ciddi təsir göstərir. Əvvəllər SOCAR əsasən Azərbaycan mütəxəssislərindən ibarət bir şirkət idi. Bu gün isə beynəlxalq ekspertlərin sayı getdikcə artır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə şirkətlərimizdə rəhbər vəzifələrdə, o cümlədən yüksək səviyyədə çalışan xarici mütəxəssislərin sayı da yüksəlir. Nəticədə SOCAR təkcə beynəlxalq enerji şirkətinə deyil, eyni zamanda, beynəlxalq insan kapitalına malik qlobal təşkilata çevrilir”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM