satellite   Azerspace-1: 11135 H 30000

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir

Bizim Azərbaycanla həm iqtisadiyyatda, həm də siyasətdə həmişə çox yaxşı və səmimi münasibətlərimiz olub və bu davam edir.

NTV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına cavabında bildirib.

Bir neçə il əvvəl iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığını xatırladan Rusiya dövlətinin başçısı qeyd edib: “Prezident İlham Əliyev bu müqaviləni konkret məzmunla zənginləşdirmək üçün xeyli səy göstərir. Bu öz əksini əməkdaşlığımızın konkret istiqamətlərində tapır”.

Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcminin 10 milyard rublu keçdiyini vurğulayan Vladimir Putin deyib: "Rusiya kapitalı ilə çoxlu sayda müəssisə fəaliyyət göstərir. Humanitar məsələlərdə sıx qarşılıqlı fəaliyyətimiz var”.

Vladimir Putin, həmçinin iki ölkənin logistika sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələsinin olduğunu bildirib. Rusiya Prezidenti buna nümunə olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizini göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM