Azərbaycan və Pakistan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu barədə NTV İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata əsasən, müzakirələr AZPROMO ilə Pakistan nümayəndə heyəti arasındakı görüşdə aparılıb.
Görüşdə Azərbaycanın investisiya mühiti, iqtisadi zonalarda yaradılan infrastruktur, investorlar üçün tətbiq olunan güzəştlər, eləcə də Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Tərəflər sənaye infrastrukturu, tekstil və geyim istehsalı, pərakəndə satış, qida məhsulları, səhiyyə texnologiyaları, tibbi turizm və daşınmaz əmlak sahələrində mümkün tərəfdaşlıq istiqamətlərini qiymətləndirib, məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər. Həmçinin Pakistan tərəfi bu ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub.
