satellite   Azerspace-1: 11135 H 30000

Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb - FOTOLAR

Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb<font color=red> - FOTOLAR</font> Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Baş naziri Əli Əsədov Vyetnamın Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tien ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib.

Prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib, bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM