satellite   Azerspace-1: 11135 H 30000

Zakir Həsənov Serbiyaya səfər edib - FOTOLAR

Zakir Həsənov Serbiyaya səfər edib<font color=red> - FOTOLAR</font> Zakir Həsənov Serbiyaya səfər edib<font color=red> - FOTOLAR</font> Zakir Həsənov Serbiyaya səfər edib<font color=red> - FOTOLAR</font> Zakir Həsənov Serbiyaya səfər edib<font color=red> - FOTOLAR</font> Zakir Həsənov Serbiyaya səfər edib<font color=red> - FOTOLAR</font> Zakir Həsənov Serbiyaya səfər edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.

Bu barədə NTV-yə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM