satellite   Azerspace-1: 11135 H 30000

Kəlbəcər rayonunda mina partlayışında Ordumuzun bir neçə hərbi qulluqçusunun xəsarət alması məlumatları əsassızdır

Kəlbəcər rayonunda mina partlayışında Ordumuzun bir neçə hərbi qulluqçusunun xəsarət alması məlumatları əsassızdır

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib.

Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq”, - deyə məlumatda vurğulanıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM