satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: “Moskva Cənubi Qafqazın sülh və firavanlıq regionuna çevrilməsinin tərəfdarıdır”

Rusiya XİN: “Moskva Cənubi Qafqazın sülh və firavanlıq regionuna çevrilməsinin tərəfdarıdır”

“Rusiya Cənubi Qafqazın sülh və firavanlıq regionuna çevrilməsinin tərəfdarıdır. O, regional istiqamətdəki fəaliyyətində yalnız yaradıcı gündəliyi təbliğ edir və heç kimlə rəqabət aparmaq fikrində deyil”.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinqdə deyib.

Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının hansı prinsiplərə əsaslanmalı olduğunu açıqlayıb: “Rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə, dəfələrlə vurğuladığımız kimi bütün səylər Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əsaslanmalıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM