Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib.
"Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır".
