satellite   Azerspace-1: 11135 H 30000

Mövlud Çavuşoğlu: “BTQ-dən daha yaxşı faydalanmaq istəyirik”

Mövlud Çavuşoğlu: “BTQ-dən daha yaxşı faydalanmaq istəyirik”

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttindən daha yaxşı faydalanmaq istəyirik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı İlya Darçiaşvili ilə birlikdə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan birlikdə regionun mənzərəsini dəyişdirən BTQ, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi çox önəmli layihələr həyata keçirib.

"Ukraynadakı müharibə səbəbindən Gürcüstan vasitəsilə quru yolla yük daşımaları artıb. Rusiya və digər ölkələrə yollanan Türkiyəyə məxsus yük maşınları və sürücülər bəzi gecikmələrlə üzləşirlər. Gürcüstan hökuməti bu problemlərin aradan qaldırılması üçün əlindən gələn dəstəyi verir”, - deyə nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM