satellite   Azerspace-1: 11135 H 30000

Yeni tədris dövrünə hazırlıq prosesi davam edir - VİDEO

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, döyüş texnikaları, şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.

Qeyd edək ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla təşkil edilərək keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM