satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın xarici işlər naziri Gürcüstanda helikopter qəzası nəticəsində insan tələfatı ilə əlaqədar gürcü həmkarına başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Gürcüstanda helikopter qəzası nəticəsində insan tələfatı ilə əlaqədar gürcü həmkarına başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda baş vermiş helikopter qəzası nəticəsində insan tələfatı ilə əlaqədar gürcüstanlı həmkarı İlya Darçiaşviliyə tviterdəki hesabında başsağlığı verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, nazir başsağlığında Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması xəbərindən dərindən kədərləndiyini ifadə edib. Həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verən Ceyhun Bayramov Azərbaycanın bu çətin gündə Gürcüstanın yanında olduğunu bildirib.

Xatırladaq ki, Gürcüstanın Qudauri bölgəsində baş vermiş helikopter qəzası nəticəsində 8 nəfər həlak olub. Həlak olanların 4-ü ekipaj üzvü, 2-si xilasedici, 2-si isə tibb işçisidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM