satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay azad edilən ərazilərdə 683 mina aşkarlanıb

Ötən ay azad edilən ərazilərdə 683 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 6.903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM