satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusu antiterror əməliyyatı keçirib, 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb

Azərbaycan Ordusu antiterror əməliyyatı keçirib, 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM