satellite   Azerspace-1: 11135 H 30000

Ermənistandan itkilərlə bağlı yeni açıqlama

Ermənistandan itkilərlə bağlı yeni açıqlama

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstə üzvlərinin sayı 19-a çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri" Mikael Ayryan bildirib.

"4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir", - Ayryan deyib.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM