satellite   Azerspace-1: 11135 H 30000

Pakistan mətbuatı Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatını geniş işıqlandırıb

Pakistan mətbuatı Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatını geniş işıqlandırıb

Pakistanın “Daily İttehad” və “İslamabad Post” qəzetlərində, “Pakistan Economic Net”, “Diplomatic News Agency”, “Gulf Observer” xəbər agentliklərində, həmçinin “Centreline” jurnalının veb-səhifəsində Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdikləri bildirilib. Eyni zamanda Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyinin, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürüldüyü diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM