“SkyNews Arabia” telekanalı: Azərbaycan qanunsuz silahlı dəstələrin öz ərazisini tərk etməsini tələb edir - FOTOLAR

“SkyNews Arabia” telekanalı: Azərbaycan qanunsuz silahlı dəstələrin öz ərazisini tərk etməsini tələb edir<font color=red> - FOTOLAR</font> “SkyNews Arabia” telekanalı: Azərbaycan qanunsuz silahlı dəstələrin öz ərazisini tərk etməsini tələb edir<font color=red> - FOTOLAR</font>

Nüfuzlu “SkyNews Arabia” telekanalında Qarabağda qanunsuz erməni silahlı dəstələrinin növbəti təxribatı və Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı barədə reportaj nümayiş etdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, telekanalın xəbərlər proqramının aparıcısı və siyasi şərhçilər 44 günlük müharibədən sonra dayanıqlı sülhə nail olmaq istiqamətində böyük səylər göstərən Azərbaycanın bununla yanaşı olaraq, qanunsuz erməni silahlı dəstələrinin öz ərazisini tərk etməsini tələb etdiyini qeyd ediblər. Reportajda Azərbaycan Xarici işlər Nazirliyinin bəyanatları və Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatları şərh olunaraq diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənəddə də qısa müddətdə bütün erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması öz əksini tapıb. Azərbaycanın xarici siyasət idarəsi də bildirib ki, Ermənistan bu Bəyanatın şərtlərini pozmaqla vasitəçi ölkələrə də hörmətsizlik nümayiş etdirir.

Reportajda “Qisas” əməliyyatı zamanı qanunsuz silahlı dəstələrin canlı qüvvəsinin zərərsizləşdirilməsi və hərbi texnikasının məhv edilməsi kadrları da nümayiş olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM