Zaxarova: “Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb”

Zaxarova: “Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb”

Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb.

“Gündüz vaxtı səfirliyə edilən hücum məni şoka saldı. Vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim zərər görmədi”,-deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır.

Beynəlxalq münasibətlərin əsas prinsiplərinə görə, bu, diplomatların rahat işləməsini təmin edir.

Zaxarova bu hadisəni qeyri-adi hal adlandırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM