Kəlbəcərdə minaya düşərək həlak olan şəhidin nəşi ailəsinə təhvil verilib

Kəlbəcərdə minaya düşərək həlak olan şəhidin nəşi ailəsinə təhvil verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin nəşi ailəsinə təhvil verilib.

Şəhidlə Naxçıvanın Culfa rayonunun Ləkətağ kəndində vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhidin cənazəsi həmin kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Xəbər lenti
Çox oxunan xəbərlər