satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir

 Türkiyə Prezidenti: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir

Azərbaycanlı qardaşlarımızın şəhid olmasına səbəb olan hücumu qınayırıq. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Azərbaycan ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın orada əksini tapan öhdəliklərini tezliklə yerinə yetirməsi vacibdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın Londondakı səfirliyinə hücumun qəbuledilməz olduğunu bildirən Türkiyə Prezidenti deyib: “Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzalarını alacaqlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM