Şəhid leytenant Babək Əliyevlə vida mərasimi keçirilib - VİDEO

Avqustun 5-i Kəlbəcər rayonunda ordumuz tərəfindən yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev doğulduğu Culfa rayonunun Ləkətağ kəndində son mənzilə yola salınıb.

Şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanından doğulduğu Culfa rayonunun Ləkətağ kəndinə gətirilib. Şəhid leytenant Babək Əliyevin cənazəsi izdihamla qarşılanıb, qəhrəman Vətən oğlu “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə Ləkətağ kənd qəbiristanlığında son mənzilə yola salınıb.

Şəhidimizin dəfnində Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimində cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Çıxış edənlər qeyd ediblər ki, şəhid leytenant Babək Əliyev 44 günlük Vətən müharibəsində Kəlbəcərdə, Cəbrayılda, Füzulidə qəhrəmanlıq və şücaətlər göstərib. Həmçinin son günlərdə Azərbaycan ordusunun keçirdiyi “Qisas” əməliyyatında və digər döyüş əməliyyatlarında fəal iştirak edib. Çıxış edənlər şəhidimizin ailəsinə başsağlığı veriblər. Sonra üçrəngli Azərbaycan bayrağı şəhidimizin atasına təqdim edilib, yaylım atəşi açılıb.

 

Turab Hacızadə

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM