satellite   Azerspace-1: 11135 H 30000

İƏT Azərbaycanın Londondakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıb

İƏT Azərbaycanın Londondakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 2022-ci il avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına hücumu pisləyən bəyanat yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda deyilir: “İƏT-in Baş Katibliyi radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı zorakılıq və qəbuledilməz hücum aktını pisləyir. Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulması deməkdir. Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM