satellite   Azerspace-1: 11135 H 30000

Ankarada “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda səfirlər konfransı işə başlayıb

Ankarada “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda səfirlər konfransı işə başlayıb

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “2023 - Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı işə başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, avqustun 8-dən 12-dək davam edəcək konfransın Ankara hissəsi başa çatandan sonra iştirakçılar Nevşəhir və Kayseri şəhərlərinə səfər edəcəklər.

Konfransın rəsmi açılış mərasimində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışı dinlənilib.

Türkiyənin xarici siyasətinin istiqamətlərindən bəhs edən nazir Mövlud Çavuşoğlu dünyada sülh və sabitliyin qorunması üçün diplomatiyanın qarşısında dayanan vəzifələrdən danışıb.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh!” kəlamını xatırladan nazir çıxışında Azərbaycanla müttəfiqlik əməkdaşlığına dair mühüm məqamlara toxunub.

Türkiyənin terror təşkilatları ilə üz-üzə qaldığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu təəssüflə ifadə edib ki, terrorizmlə mübarizədə mövcud ikili standartlar hələ də davam edir.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də ATƏT-in Baş katibi Helqa Maria Şmid səfirlər konfransında çıxış edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM