satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin XİN başçısı: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”

Türkiyənin XİN başçısı: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”

“Can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtləri bölgədə sülh və sabitliyi daimi qalması üçün tətbiq edirik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

“Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Təbii ki, bu prosesi Azərbaycan və Ermənistan arasındakı prosesdən və yekun məqsədimiz olan bütün bölgədə normallaşma və əməkdaşlıq niyyətimizdən müstəqil düşünmürük. Son günlər bölgədə yaşanan gərginlik mövcud sükunətin nə qədər kövrək olduğunu göstərir. Əlbəttə, bu proseslərdə can Azərbaycanla həmrəyliyimiz davam edəcək. Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”, - XİN başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM