satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: İşğaldan sonra Laçında ermənilərin qanunsuz məskunlaşdırılması aparılıb

Hikmət Hacıyev: İşğaldan sonra Laçında ermənilərin qanunsuz məskunlaşdırılması aparılıb

Laçının işğalı və talan edilməsindən sonra Yaxın Şərqdən olan ermənilər bu ərazilərdə qanunsuz məskunlaşdırılıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviter hesabındakı paylaşımında qeyd edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi paylaşımı təqdim edir: “Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında “Times” qəzetində reportajı. İşğaldan sonra ermənilərin Yaxın Şərqdən köçürülməsi yolu ilə qanunsuz məskunlaşddırılması aparılıb. Əlyazmalar yanmır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM