satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir”

Ceyhun Bayramov: “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir”

“Ermənistan öhdəliklərinə zidd olaraq fəaliyyət göstərir və sülh quruculuğuna maneələr törədir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

C.Bayramov həmkarına Ermənistan 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb.

Görüşdə Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM