satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib<font color=red> - FOTOLAR</font> Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib<font color=red> - FOTOLAR</font>

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Şəhidlər xiyabanını ziyarət edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Qazaxıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM