satellite   Azerspace-1: 11135 H 30000

“Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir - FOTOLAR

“Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir<font color=red> - FOTOLAR</font> “Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir<font color=red> - FOTOLAR</font> “Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir<font color=red> - FOTOLAR</font>

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, avqustun 25-də müsabiqənin üçüncü mərhələsi üzrə tapşırıqlar yerinə yetirilib. Mərhələnin ilk çalışmasının tələblərinə uyğun olaraq komanda şəklində fəaliyyət göstərən snayperlərimiz 300-600 metr məsafədə peyda olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Növbəti çalışma zamanı birinci snayper cütlüyü 150-200 metr aralıqda olan hədəfə atəş açılması, eləcə də silahlarla 300 metrlik məsafənin qaçaraq dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sonra ikinci snayper cütlüyü 300-600 metr məsafədə peyda olan xüsusi hədəfləri məhv etməkdə bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqə iştirakçıları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM