satellite   Azerspace-1: 11135 H 30000

"Snayper həddi" müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR

"Snayper həddi" müsabiqəsinin bağlanış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font> "Snayper həddi" müsabiqəsinin bağlanış mərasimi keçirilib<font color=red> - FOTOLAR</font>

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, mərasimdə müsabiqədə iştirak edən ölkələrin heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, "Snayper həddi" müsabiqəsinin keçirilməsində əsas məqsəd döyüş hazırlığının artırılması, habelə iştirakçı ölkələr arasında bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

Bağlanış mərasimində milli musiqilərdən ibarət bədii hissə nümayiş etdirilib.

Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub, "Snayper həddi” müsabiqəsi bağlı elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM