satellite   Azerspace-1: 11135 H 30000

Türk Dövlətləri Təşkilatı Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı bəyanat yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin imzası ilə yayılan bəyanatda deyilir: “TDT Katibliyi 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın icra prosesinin davamı kimi Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini məmnuniyyətlə qarşılayıb.

Təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonra apardığı bərpa-yenidənqurma səylərinə töhfə verməyə hazır olduğunu bildirir. TDT Cənubi Qafqazda sülh və sabitliyə, eləcə də məcburi köçkünlərin azad edilmiş torpaqlarına qayıtmasına xidmət edəcək diplomatik səylərin vacibliyinə diqqət çəkərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM