satellite   Azerspace-1: 11135 H 30000

Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb

Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb

Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, artıq Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları xidmət aparır. Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir.

Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM