satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Şuşanın erməni işğalından azad edilməsi Azərbaycan və Türkiyənin müştərək şanlı tarixidir

Prezident İlham Əliyev: Şuşanın erməni işğalından azad edilməsi Azərbaycan və Türkiyənin müştərək şanlı tarixidir

Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi və Azərbaycan bayrağı qaldırıldı. Bundan sonra Ermənistan təslim oldu. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.

“İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır və bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı”, - deyə dövlətimizin başçısı qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM