satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan və Cəbrayıl rayonlarına səfərləri Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan və Cəbrayıl rayonlarına səfərləri Gürcüstan mətbuatının diqqət mərkəzindədir

Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıl rayonlarına səfərləri, iştirak etdikləri tədbirlər və çıxışları zamanı səsləndirdikləri fikirlərə geniş yer veriblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, gaxa.ge, aktual.ge, 24news.ge, interpress.ge informasiya portalları və 1.tv, maestro tv. televiziya kanallarının müxtəlif dillərdə yayımladığı materiallarda hər iki ölkə başçısının maraqlı fikirləri yer alıb.

Dövlət başçılarının Zəngilan aeroportunun açılışında, eləcə də Cəbrayılda iştirak etdikləri digər tədbirlərdə söylədikləri fikirlərə dair müxtəlif xəbərlər paylaşılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM