satellite   Azerspace-1: 11135 H 30000

Laçında 2 nəfər minaya düşərək xəsarət alıb

Laçında 2 nəfər minaya düşərək xəsarət alıb

Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM