satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident İlham Əliyev: Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Dinamik inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, ticari, enerji, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı faydalı əməkdaşlığımız ilə müşayiət olunur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Macarıstanın milli bayramı münasibətilə macar həmkarı xanım Katalin Novaka ünvanlandığı təbrik məktubunda qeyd edilib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “İnanıram ki, strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi, beynəlxalq strukturlar, xüsusilə də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.

Prezident İlham Əliyev əlamətdar gün münasibətilə həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Macarıstan xalqına isə daim əmin-amanlıq və rifah diləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM