satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edəcək

Azərbaycan parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlardan Sabir Hacıyev, Rasim Musabəyov, Nizami Səfərov, Mixail Zabelin, Rauf Əliyev, Əminə Ağazadə, Emin Hacıyev, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Assambleyanın Şura və Plenar iclaslarında gündəliyə çıxarılacaq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Milli Məclisin sədrinin plenar iclasda çıxış edəcəyi gözlənilir.

Səfər çərçivəsində Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM