satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Rusiya XİN başçılarının görüşünün gündəliyi açıqlanıb

Azərbaycan və Rusiya XİN başçılarının görüşünün gündəliyi açıqlanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasındakı görüşdə müzakirə olunacaq mövzular açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, o cümlədən regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

XİN qeyd edib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir:

“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM