satellite   Azerspace-1: 11135 H 30000

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir.

XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Görüşün yekunlarına əsasən, Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planının imzalanacağı gözlənilir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM