satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır

Azərbaycan Prezidenti: Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır

Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşündə səsləndirib.

Dövlətimizin başçısı Albaniyaya səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Edi Ramaya təşəkkür edib. “Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər”, - deyən Prezident İlham Əliyev rəsmi səfərinin nəticələrini olduqca müsbət dəyərləndirib.

Tiranada səfirliyimizin açılmasını əməkdaşlığımızın vacib bir əlaməti adlandıran Azərbaycan Prezidenti deyib: “Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM